Наш веб-сайт использует файлы cookie, чтобы предоставить вам возможность просматривать релевантную информацию. Прежде чем продолжить использование нашего веб-сайта, вы соглашаетесь и принимаете нашу политику использования файлов cookie и конфиденциальность.

Ötən sutka Nyu Yorkda 300-ə yaxın etirazçı həbs olundu

trend.az

Ötən sutka Nyu Yorkda 300-ə yaxın etirazçı həbs olundu

Bakı. Trend: Ötən sutka ərzində Nyu Yorkda 300 nəfərə yaxın nümayişçi həbs edildi. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin rəisi Dermot Şia bildirib. "Etirazlar ötən cümə axşamı günü başlayıb və cümə, şənbə və bazar günləri davam edib. Lakin son üç gecədə, həbslərin sayının bir gecədə təxminən 700-dən 500-ə, son gecədə isə 300-ə qədər azaldığını görürük. Xüsusən zorakılıq, talan və ya polis əməkdaşlarına hücum edənləri həbs edirik", - D.Şia deyib. Polis rəisi tabeçiliyində olan bəzi işçilərinin səlahiyyətlərini aşdıqları barədə iddiaları hərtərəfli araşdıracağına söz verib.
  • Последние
Больше новостей

Новости по дням

Сегодня,
16 апреля 2024